Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada baş verən terror hücumu ilə əlaqadar PKK/YPG’yə məxsus obyektlərin ölkənin təhlükəsizlik qüvvələri üçün hədəf olduğunu bildirib:
“İraqda və Suriyada PKK’nın nəzarətində olan bütün infrastruktur və üst quruluş enerji obyektləri təhlükəsizlik qüvvələrimizin və kəşfiyyat orqanlarımızın ‘qanuni hədəfidir.’”
Hakan Fidan qeyd edib ki, Ankarada törədilən terror aktına qarşı Türkiyənin cavabı qəti olacaq.