BakuTV Rus mədəniyyət mərkəzinə “kəşfiyyat evi” dedi.
Azərbaycan Rusiya münasibətində gərginləşir.

Azərbaycan hökümətinin təbliğat maşını olan BakuTV Rusiyaya qarşı reportaj yayımlayıb. Qısa hazırlanan süjetdə Bakının mərkəzində yerləşən Rusiya Mədəniyyət evi “kəşfiyyat evi” adlandırılır.
Hökümətə bağlı olan CaliberAz Telegram kanalı da Rusiyanı ittiham edən məqalələr paylaşıb, Azərbaycana məxsus təyyarənin vurulmasına görə Rusiyadan hesabat tələb edib.
BakuTV daha çox sifarişli reportjlar, sujetlər hazırlayan internet kanalı kimi tanınır.
Azərbaycan dəfələrlə Rusiyanın müttəfiqi və ən yaxın qonşusu olduğunu bildirib.
Rusiyanın Azərbaycandakı səfirliyi məsələyə münasibət bildirməyib.