Hrant Dinkin qatili Ogün Samast sərbəst buraxılıb.
“Aqos” qəzetinin Baş redaktoru Hrant Dinki qəzet binasının qarşısında güllələyərək öldürən Ogün Samast dünən axşam sərbəst buraxılıb.
Türkiyədə doğulub böyümüş, əslən isə erməni olan Hrant Dink 2007-ci ildə 17 yaşlı Samast tərəfindən iş yerinin qarşısında sui-qəsdə məruz qalıb.
16 il 10 aydır həbsxanada olan Samastın bir il əvvəl “yaxşı rəftar səbəbiylə şərti azadlığa buraxılması” nəzərdə tutulub və onun həbsxana rəhbərliyi tərəfindən sınaq mərhələsində olduğu deyilir.