Azarkeşsiz futbol, “vodka”sız xaş kimi bir şeydir”
Deputat Aqil Abbas belə deyib.
O qeyd edib ki, azarkeşlər yerli liqanın oyunlarına gəlmirlər.
Deputat araqsız xaş barədə lətifə də paylaşıb:
İki nəfər xaşxanada oturub xaş yeyirlər. Yol polisi onların xaş yediyini görüb kafenin kənarında gözləyir. Xaş yeyənlər nəhayət, çıxıb otururlar öz maşınlarına. Bir əlli addım sürməmiş polis saxlayır. Sürücüyə deyir:
– İçmisən?
– Yox, içməmişəm.
– Xaş yemisən?
– Yemişəm.
– Deməli, içmisən.
– İçməmişəm.
– Xaş yemisən?
– Dedim ki, yemişəm.
– Deməli, içmisən.
– Dedim ki, içməmişəm.
– Bir ho elə.
Xaş yeyən sürücü ho eləyir, polis görür ki, doğrudan içməyib, başını bulayıb deyir:
– Day deynən xaş yeməmişəm də, p** yemişəm.