“Ermənistan razıdırsa tezliklə Gürcüstanda üç tərəfli görüşlər keçirtməyə hazırıq”
Bu barədə Əliyev Gürcüstana səfərdə baş nazir Qaribaşvili ilə görüşərkən deyib.
Foto: apa.az
İlham Əliyev deyib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında xeyli ölkələr kömək təşəbbüslərini səsləndirib, amma Gürcüstanın bu prosesdə daha uyğun olduğunu vurğulayıb:
“Tarixi əlaqələri və coğrafi faktoru nəzərə alaraq, Gürcüstan vasitəçlik rolunu oynayacaq ən düzgün seçim olardı. Əgər Ermənistan razıdırsa, biz bu görüşlərdə iştiraka hazırıq”
Ermənistanla sülh müqaviləsi ətrafında yaranmış vəziyyətə toxunan Azərbaycan prezidenti vurğulayıb ki, “indi bu istiqamətdə fəal işləmək lazımdır.”İ
Ermənistan və Azərbaycan xarici işlər nazirləri 2022-ci ilin iyulunda Tbilisidə bir dəfə görüşüblər.