Məmməd Əmin Rəsulzadənin nəvəsi, əməkdar rəssam Rəis Rəsulzadə deyib ki, M.Ə.Rəsulzadə sağ olsaydı, prezident seçkilərində İlham Əliyevə səs verərdi:

“Rəsulzadənin istəyi ərazi bütövlüyümüz, suverenleyimiz, müstəqilliyimiz olub. Əminəm ki, Rəsulzadə də sağ olsaydı, bu məsələləri həll edən liderə səs verərdi…”

İlham Əliyev də Rəsulzadə barədə danışıb. O, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cumhuriyyətinin İrəvan şəhərini Ermənistana verməsini tənqid edib və bu addımı cinayət adlandırıb:

“28 mayda respublika elan olunur, 28 mayda İrəvan Ermənistana verilir. O vaxt AXC-də təmsil olunmuş İrəvandan olan nümayəndələrin etirazı nəzərə alınmadı. Böyük tarixi cinayət idi”.

Leave A Reply