“Başqa cür yaşayırıq, oyanırıq, xaricə gedirik“
İlham Əliyev deyib ki, son dörd ildir həyatı tam fərqlidir.
O bunu yerli Tv-lərə verdiyi müsahibədə qeyd edib:
“Qalib ölkənin nümayəndəsi kimi, xüsusilə rəhbəri kimi yaşamaq, işləmək, beynəlxalq təmaslarda olmaq tamamilə fərqli hissdir.
Son dörd ildir ki, mənim həyatım tam fərqlidir. Hamımızın həyatı fərqlidir, hamımız tamamilə başqa əhvali-ruhiyyə ilə yaşayırıq, oyanırıq, xaricə gedirik“.
İlham Əliyevin “oyanırıq, xaricə gedirik“ ifadəsi sosial şəbəkələrdə suallarla qarşılanıb.
Şəbəkə istifadəçiləri deyir ki, onlar xaricə gedə bilmirlər. Xüsusilə də son 4 ildə, çünki quru sərhədləri bağlıdır.
Bəs siz son 4 ildə xaricə gedə bilmisiniz? Hansı ölkələrə səyahət etmisiniz?