İlham Əliyev ağsaqqallıq barədə

Prezident İlham Əliyev Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə dövlət başçısı bildirib ki, Azərbaycan xalqının qədim mənəvi-əxlaqi dəyərlərinə söykənən ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir:

“Azərbaycan xalqının ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir. Ağsaqqallara hörmət fundamental bir dəyər kimi daim ön planda yer alır”.

Prezident qeyd edib ki, keçən əsrin sonlarında yaradılan və ölkənin tanınmış ictimai-siyasi xadimlərini birləşdirən Azərbaycan Ağsaqqallar Şurası böyük yol keçib və bu gün də ölkəmizin inkişafına, cəmiyyət həyatına əhəmiyyətli töhfələr verir.

İlham Əliyev qurultay iştirakçılarını təbrik edərək, Şuranın fəaliyyətinin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayı bu günlərdə keçirilir. Qurultayda ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən ağsaqqallar, ziyalılar və ictimai xadimlər iştirak edir.

İlham Əliyev ağsaqqallıq barədə

Leave A Reply