İmişlidə baş verən qəzada yaralanan Məhbubə Əlizadə vəfat edib.
O, qəza səbəbilə həlak olan 3-cü məktəbli olub.

Bu barədə TƏBİB-dən bildirilib:
“Yanvarın 18-də İmişli rayonu Yalavac kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alaraq Yeni Klinikaya hospitalizasiya olunan azyaşlının həkimlərin çoxsaylı səyinə baxmayaraq, 22.01.2025-ci il tarixində saat 01:45 radələrində ölüm faktı qeydə alınıb”