Gürcüstanda etiraz aksiyaları başlayıb.
Etirazlara səbəb hakimiyyətin Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar məsələsini gündəmdən çıxarmaq qərarı olub.
Bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze çıxış edib:
“Biz 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamaq məsələsini gündəmə gətirməmək qərarına gəldik”.
Baş nazirin bu çıxışından sonra hakim “Gürcü Arzusu” Partiyasının mərkəzi ofisi və Gürcüstan parlamentinin binası qarşısında mitinqlər keçirilib.
Etirazlara prezident Salome Zurabişvili də qoşulub.
O bildirib ki, müqavimət başlayıb və yeni seçkilər keçirilməyənədək başa çatmayacaq. Zurabişvili hakimiyyətin qərarını bir neçə il əvvəl başlayan Konstitusiya çevrilişinin başa çatması adlandırıb. O, müxalifəti birləşməyə, xalqı isə etiraza çağırıb.