İran müharibəsi
İsrailin neft anbarlarını vurmasından sonra həftəsonu Tehranın üzərini qara tüstü bürüyüb. Anbarlardan sızan yanacağın küçələrə dağılması yanğının ətrafa yayılmasına səbəb olub.
İranın Qızıl Aypara Cəmiyyəti partlayışlardan sonra mümkün zəhərli yağış riski barədə xəbərdarlıq edib.
İran da öz növbəsində İsrailə qarşı raket hücumlarını davam etdirib. Tel-Əviv və digər bölgələrdə dağıntılar qeydə alınıb, ölən və yaralananlar olub.
Körfəz ölkələrində də hava hücumundan müdafiə sistemləri yüksək hazırlıq vəziyyətində qalır. Bir sıra ölkə dron və raket hücumları barədə məlumat yayıb.
Prezident Pezeşkian insidentlərə görə qonşu ölkələrdən üzr istəsə də, onlardan hücum olarsa cavab veriləcəyini deyib.
Tehranda həftəsonunun əsas siyasi hadisəsi isə Əli Xameneinin oğlu Müctəba Xameneinin İranın yeni Ali Rəhbəri seçilməsi oldu. Bu, Tehranın sərt kursu davam etdirmək niyyətində olduğunu göstərir.
Digər tərəfdən, Rusiyanın Britaniyadakı səfiri Moskvanın münaqişədə neytral olmadığını bildirərək Tehrana siyasi dəstək ifadə edib.