İlham Əliyev İran səfirliyində başsağlığı verib.
Prezident Əliyev deyib ki, İrana səfərləri zamanı Əli Xameneyi ilə görüşlərini həmişə ən xoş təəssüratlarla xatırlayacaq.
Səfir Müctəba Dəmirçili başsağlığına görə İlham Əliyevə minnətdarlığını bildirib.
İranın ali dini lideri Əli Xameneyi fevralın 28-i ABŞ-lə İsrailin birgə hücumları zamanı öldürülüb.