İran hökuməti “hicabın çıxarılmasına dair müalicə klinikası” yaradıldığını elan edib.
Klinikada məcburi hicab qanunlarına tabe olmayan qadınlara “elmi və psixoloji müalicə” keçiriləcək.
Bu barədə Fəzilətlərin Təşviqi Qərargahının rəhbəri Mehri Talebi Darestani məlumat verib. .
İranlı hüquq müdafiəçisi Hüseyn Rəyisi bu klinika təşəbbüsünü “nə İslama, nə də İran qanunlarına uyğun” adlandırıb.
İnsan haqları fəalları narahatdırlar ki, bu klinikalar həbs mərkəzləri kimi fəaliyyət göstərə bilər, çünki İranda etirazçılara və dissidentlərə qarşı məcburi psixiatriya xəstəxanalarına yerləşdirmə və digər zorakılıq halları tətbiq olunur.
Bu yaxınlarda Tehranda hicab qanununa etiraz olaraq geyimini çıxaran bir universitet tələbəsi həbs olunub. Mediada yayılan məlumata görə, etirazçını ruhi əsəb dispanserinə yerləşdiriblər.