“Artıq futbolumuzun məhv olduğunu deyə bilərik”
Bu gün Azərbaycan milli komandası Millətlər Liqasında bu mövsüm üçün son oyununa çıxacaq.
Bu matçın nəticəsindən asılı olmayaraq, Azərbaycan komandası qrupu sonuncu yerdə başa vuracaq.
5 matçdan cəmi 1 xalı olan milli komandamız böyük ehtimalla D liqasına düşəcək.
Milli komandanın baş məşqçisi Fernando Santos fikrincə, millimizin oyunları göstərir ki, doğru yoldayıq.
Yerli məşqçimiz Tərlan Əhmədov isə əks fikirdədir:
“Yığmamız bu il faciə yaşadı. Hətta artıq futbolumuzun məhv olduğunu deyə bilərik. İllərdir məhv etməyə başlamışdılar, artıq tamamilə oldu. Yığma komandalarımız deyirəm, çünki milli deməyə dilim gəlmir”.