“Hazırki İsrail-Həmas müharibəsinin inkişafı regional müharibəyə çevrilə bilər”.

Bu barədə Beyruta səfər edən İranın Xarici İşlər Naziri Əmir Abollahian bildirib.


Foto: İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian. Beyrut, Livan. 13 oktaybr, 2023

Abdollahian deyibki, İsrailin Qazzanı bombalaması regionda yeni bir müharibə cəbhəsinin açılmasına “real imkanlar” yaradır. Bu da regional müharibəyə çevrilmə qorxusuna səbəb olur:

“Təcavüz, müharibə cinayətləri və Qəzzanın mühasirəsi davam edərsə yeni cəbhələrin açılması real ehtimaldır.”

Beyrutda jurnalistlərə verdiyi açıqlamada Abdollahian İsraili Qəzzaya hücumlarını dayandırmağa çağırıb. O, həmçinin səfəri çərçivəsində Hizbullahın rəhbəri Həssən Nəsrullah ilə görüşüb.

Leave A Reply