Rusiyanın Ukraynaya qarşı Fevralın 24-də başladığı hücumları davam edərkən, Kremlin “hərbi əməliyyat”la bağlı açıqlama verib.
‘Hərbi əməliyyatın’ 100 gündə müvəffəqiyyət qazandığını qeyd edən Rusiya Prezidentinin mətbuat katibi Dmitriy Peskov bilidirib ki, “Rəsmi Moskva bütün hədəflərə çatana qədər əməliyyatlara davam edəcək”.
İŞĞALIN 100-CÜ GÜNÜ
Müharibə ərzində nə baş verib?: Rusiya prezidenti Vladimir Putin fevralın 24-də səhər tezdən televiziya vasitəsilə xalqa müraciət edərək, “Ukraynanın şərqində Donbasda xüsusi hərbi əməliyyata” başladıqlarını açıqlayıb. Beləliklə, Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb.
Rusiya hərbi birləşmələri Ukraynanın Donetsk və Luqansk vilayətlərindən Kiyev administrasiyasının nəzarətində olan bölgələrə eyni zamanda Ukraynanın şimal vilayətlərinə daxil olub.
Rus ordusu Krım üzərindən Xerson və Melitopol bölgələrinə qoşun yeridib. Kiyev və ətraf ərazilərə havadan və qurudan qoşun yeridilib, paytaxt mühasirəyə alınıb.
Müharibədən bir ay sonra rus əsgərləri Kiyevdən və Çerniqov vilayətindən geri çəkilib və Ukrayna qoşunları həmin ərazilərdə nəzarəti bərpa edib. Paytaxt Kiyevdə həyat canlanmağa başlayıb.
Hərbi infrastruktur obyektlərini hədəfə alan rus hərbi birləşmələri müharibənin əvvəlindən mühasirədə saxladığı strateji şəhər olan Mariupolu ələ keçirib. Lakin Ukrayna ordusu bu şəhərlərdə çox güclü müqavimət göstərib.
Xatırladaq ki, aprel ayında Ukraynanın şərqinə doğru davam edən müharibə burada da öz təsirlərini intensiv şəkildə davam etdirir. Ukrayna Baş Qərargahının açıqlamasına görə, Rusiya hərbi birləşmələri Ukraynanın şərqində əməliyyatları artırıb və bəzi yaşayış məntəqələri ruslar tərəfindən ələ keçirilib.