Bu model real deyil !
Barselonada yaşayan 25 yaşlı Aitana Lopez süni intellektlə yaradılmış ilk virtual modeldir.
Çəhrayı saçlı Aitana ötən yay dizayner Ruben Kruz tərəfindən yaradılıb. Onun sözlərinə görə, virtual model ayda 10 min avroya qədər qazana bilir, lakin orta aylıq gəliri təxminən 3 min avrodur.
Aitana artıq bir çox markaların reklam üzü olmağa da başlayıb. Belə ki, o, cəmi bir neçə ay ərzində instaqramda 165 min izləyici toplaya bilib.
Agentliyin komandası Aitananın izləyiciləri üçün həftə ərzində onun nə edəcəyinə, hansı yerləri ziyarət edəcəyinə və hansı fotoları öz profilinə yükləyəcəyinə qərar verirlər. Amma fotosessiyalar və ya qarderob dəyişikliyi yoxdur, hər şeyi dizaynerlər sıfırdan yaradırlar.