İsrail Livana zərbə

İsrail ordusu Livan ərazisində “Hizbullah”a məxsus hədəflərə qarşı yeni silsilə zərbələr həyata keçirdiyini açıqlayıb.

Bildirilib ki, Livan hökuməti və Livan Silahlı Qüvvələri dəfələrlə “Hizbullah”ın silahsızlaşdırılması ilə bağlı xəbərdar olunub.

İsrail tərəfi iddia edir ki, bu istiqamətdə addım atılmayıb və buna görə də öz təhlükəsizliyini müstəqil şəkildə təmin edir.

IDF həmçinin vurğulayıb ki, hərbi kampaniya təkcə İrana qarşı deyil, “Hizbullah”a qarşı da davam edəcək və ağır zərbələr endiriləcək.

Sosial şəbəkələrdə Beyrutun cənubunda və Nabatiyədə partlayış görüntüləri yayılıb.

İranın “Mehr” agentliyi isə Sur şəhərinə də zərbələr endirildiyini xəbər verir.

Leave A Reply