İsrail və Hizbullah bir illik müharibədən sonra atəşkəs elan ediblər
BBC-nin məlumatına görə, atəşkəsə ABŞ və Fransanın mediatorluğu ilə nail olunub.
Atəşkəsin şərtlərinə əsasən, 60 gün ərzində Hizbullah öz döyüşçülərini və silahlarını Livan və İsrail arasında qeyri-rəsmi sərhəd hesab olunan Mavi Xətt və Litani çayı arasındakı ərazidən təxminən 30 km şimala çıxaracaq.
Yüksək rütbəli bir ABŞ rəsmisinin sözlərinə görə, Hizbullah döyüşçüləri həmin ərazidə Livan ordusu qüvvələri ilə əvəzlənəcək.
ABŞ prezidentiu Bayden deyib ki, bu 60 gün ərzində İsrail də öz qüvvələrini və mülkiləri tədricən geri çəkəcək. Bayden bildirib ki, mülki əhalinin sərhədin hər iki tərəfində öz evlərinə qayıtmasına imkan yaradılacaq.