Elnarə Qasımova barəsində 2 ay 17 gün həbs qətimkan qərarı verilib
Jurnalist Elnarə Qasımova dünən dindirilmə üçün çağırıldığı Bakı Şəhər Baş Polis İdarəsində saxlanılmışdı.
Ona qarşı “Abzas Media”nın digər əməkdaşları ilə eyni maddə (qrup halında qaçaqmalçılıq) üzrə ittiham irəli sürülmüşdü.
Jurnalistlər ittihamları qəbul etmirlər və həbslərinin jurnalist fəaliyyətləri, xüsusən də “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.

Leave A Reply