Xətai Rayon Məhkəməsi jurnalist barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.
Hafiz Babalı “Abzas Media” işi ilə bağlı həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.
“Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov və jurnalist Nərgiz Absalamova də eyni ittihamla həbs ediliblər.