Orxan İbadov Dünya Yaddaş Çempionatının qalibi olub.


Hindistanın Mumbay şəhərində keçirilən yarışda həmyerlimiz iki kateqoriyada dünya çempionu olub.

İbadov 1 saat ərzində 3412 rəqəmi sırayla düzgün yadda saxlayaraq yeni dünya rekorduna imza atıb.

Bundan əlavə o, 15 dəqiqə ərzində 146 ad və soyadı düzgün yadda saxlayaraq bütün rəqiblərini üstələyib.

Leave A Reply