Nikol Paşinyanın mətbuat katibi bu yatağın Azərbaycanın yurisdiksiyasına daxil olması haqda suala “bəli” cavabını verib.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini Tiqran Xaçatryan da Azərbaycan hərbçilərinin Zod yatağına girməsini təkzib edib. O, noyabrın 26-da axşam mətbuat konfransı keçirib.

Foto: google.az

“Azərbaycan hərbçiləri Kəlbəcər rayonuna daxil olandan sonra bu məhdudiyyəti görərək məsələ qaldırıblar ki, burası onların ərasizisidir və ərazini qoruyan qüvvələr oranı tərk etməlidir… Onlar səsgücləndirici ilə bizimlə əlaqə yaradaraq ərazidən çıxmağı tələb ediblər. Biz ərazinin mənsubiyyəti ilə bağlı xəbərdarlıq elədik, Rusiya tərəfini xəbərdar etdik. Rusiya tərəfi Azərbaycan hərbçiləri ilə yetərincə uzun danışıqlar apardılar. Hansı razılaşmanın əldə olunduğunu, gələcəkdə nə baş verəcəyini deyə bilmərəm. Müvafiq personal bu qorunan zonanı tərk edib”, – Xaçatryan deyib.

Onun sözlərinə görə, Zod qızıl yatağını idarə edən Rusiyanın “Geopromining” şirkəti daha öncə ərazinin qorunması üçün təhlükəsizlik tədbirləri görüb, mədəni hasarlayıb, yolda nəzarət məntəqəsi qurub. Və bütün bunları Rusiya qüvvələri edib. Xaçatryan deyir ki, Kəlbəcərə gedən yoldakı nəzarət məntəqəsinin yanındakı tikilidə orada xidmət edən şəxslər yaşayacaqdılar.

“Bu tikili administrativ bina kimi təqdim olunur, mədəndəki tikililərlə eyniləşdirilib. Bu belə deyil. Bunun istehsal sonasına və mədəndəki tikililərə aidiyyatı yoxdur. Bizim qoşunlar əvvəlki sərhəddən xeyli uzaqda sərhədi qoruyurlar. Bizim sərhəd zonasından o tərəfə mövqelərimiz yoxdur”, – deyən Xaçatryan Zod yatağının yarısının Ermənistan, yarısının Azərbaycan ərazisinə düşdüyünü iddia edib. “Yarısı bizim, yarısı onların ərazisindədir. Mədəni işlədən onun sahibi də olacaq”, – o vurğulayıb.

***

Azərbaycan hərbçiləri Zod yatağına giribmi

Ermənistan Baş nazirinin mətbuat katibi və Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin Zod qızıl yatağının ərazisinə girməsi haqda informasiyanı təkzib edib. Bu haqda AzadAvropa/AzadlıqRadiosu-nun Ermənistan xidməti məlumat yayıb.

“Müxtəlif kütləvi informasiya vasitələrində yayılan, Azərbaycan hərbçilərinin Zod qızıl yatağının ərazisinə girməsi və oradakı əməkdaşlardan ərazidən çıxmağı tələb etməsi haqda məlumatlar reallığa uyğun deyil”, – Müdafiə Nazirliyinin noyabrın 26-da yaydığı açıqlamada deyilir.
Mənbə: Meydan TV

Leave A Reply