Ramzan Kadırov balaca gədəsindən sonra böyüyə də vəzifə verib.
Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük oğlu Axmat Kadırov respublikanın Bədən tərbiyəsi, İdman və Gənclər siyasəti üzrə nazirinin birinci müavini təyin edilib.
Noyabrın 8-də Axmatın 18 yaşı tamam olub.
Ümumilikdə Çeçenistanda müxtəlif səviyyəli dövlət vəzifələrində Kadırovlar ailəsinin 100-ə yaxın qohumu – övladları, qardaşları, bacıları, kürəkənləri və müxtəlif dərəcəli qohumluq qardaşları çalışır.
Xatırladaq ki, bir neçə gün öncə Ramzan Kadırov 15 yaşlı oğlu Adam Kadırovu Çeçenistan Respublikasının başçısının təhlükəsizlik departamentinin rəhbəri vəzifəsinə təyin etmişdi.