Bu gün sosial media səhifələrimizdə Azərbaycanın Qazaxıstandan at əti idxal etməsi barədə xəbər paylaşılıb.

Bu xəbərə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) komment yazıb:

“Xahiş edirik ki, yanlış məlumat yaymayasınız. Qazaxıstandan Azərbaycana at əti idxal olunmur. Əksinə, Azərbaycandan Qazaxıstana at əti ixrac edilir”.

Statistka Komitəsinin bu ilin yanvar ayına olan məlumatı isə tam əksini göstərir.

Təkcə bu ilin yanvar ayında Qazaxıstandan Azərbaycana 14,53 ton at əti idxal olunub.

HamamTimes yalan məlumat yaymır. Amma bu iki dövlət qurumundan biri yalan deyir.

Sizcə, hansı olar? AQTA yoxsa Statistika Komitəsi?

Leave A Reply