Kiprdəki Britaniya hərbi bazası

Britaniya Kral Hərbi Hava Qüvvələrinin Akrotiri bazası dron hücumuna məruz qalıb. Kipr və Britaniya rəsmiləri minimal ziyan olduğunu, xəsarət alan olmadığını bildirir.

Bu gün bazaya doğru hərəkət edən daha iki dronun zərərsizləşdirildiyi açıqlanıb.

Hücum Britaniya baş naziri Keir Starmerin dünən ABŞ-ın İrana qarşı əməliyyatları üçün Britaniya bazalarından istifadəyə razılıq verdiyini açıqlamasından sonra baş verib.

Təhlükəsizlik səbəbilə Akrotiri yaxınlığındakı Pafos hava limanında həyəcan siqnalı verilib, sərnişinlər təxliyyə olunub, bəzi uçuşlar dayandırılıb.

Hücumda istifadə olundan dronların İran istehsalı “Shahed” dronları olduğu bildirilsə də, onun haradan buraxıldığı hələ rəsmi şəkildə açıqlanmayıb.

RAF Akrotiri 1960-cı ildən Britaniyanın suveren hərbi ərazisi sayılır və Yaxın Şərqdəki əməliyyatlarda əsas platformalarından sayılır.

Kiprdəki Britaniya hərbi bazası

Leave A Reply