Kürdəmirdə 8-ci sinif şagirdini valideynləri nişanlayıb.

Sosial şəbəkələrdə azyaşlı uşağın ərə verilməsinə dair yayılan videodakı qızın 14 yaşlı məktəbli olduğu məlum olub.

                                   Foto: Hamam Times


Uşağın valideynləri onu hələ ərə vermədiklərini, həmin məclisin nişan mərasimi olduğunu deyib.

Bu barədə Kürdəmir Rayon Polis Şöbəsi APA-nın sorğusuna cavablandırıb.

Şöbədən deyilənə görə uşağın valideynləri ilə izahedici söhbətlər aparıblar, amma azyaşlıya nişan mərasimi təşkil etdiyinə görə onlar heç bir məsuliyyətə cəlb edilməyib.

Sizcə azyaşlı uşaqları nişanlandıran valideynlərə qarşı hansı tədbirlər görülməlidir, qanunla bu kimi halların qaşısı necə alınmalıdır?

Leave A Reply