Baş leytenant Dr. Rəşid Babayev bu məzarda dəfn olunub. O, General Polad Həşimovun Tibb xidmət rəisi olub. 44 günlük müharibədən 2 gün sonra ailəsinə xidməti maşında intihar etdiyi bildirilib. Valideynləri onun öldürüldüyünü və qətlin gizlədildiyini düşünür. Atası deyir ki, Rəşidin sağlamlığında problemlər olub. Müalicə üçün dəfələrlə müraciət etsə də, onun xidmət yeri dəyişdirilməyib. Atasının sözlərinə görə, oğlu son telefon danışığında ona sıxışdırıldığını deyib. Oğlunun ölümü ilə barışmayan valideynləri 3 ildir prezidentə, rəsmi qurumlara müraciət edirlər. Ekspertiza təyin edilməsini, hadisənin araşdırılmasını, Rəşid Babayevin layiqincə dəfn edilməsini istəyirlər. Ancaq ailə bütün çağrışlarının cavabsız qaldığını söyləyir.

Leave A Reply