Lukaşenko bildirib ki, “Azərbaycana bizim adamımız rəhbərlik edir”

Belarus prezidenti Lukaşenko Azərbaycan və İlham Əliyev haqda danışarkən belə deyib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında çıxış edən Lukaşenko deyib ki, bu gün Azərbaycana tamamilə bizim adamımız – İlham Əliyev rəhbərlik edir. Ona görə də Nikol Paşinyanın dediyi bu kəskin məsələlər həqiqətən də indi həll olunmalıdır, Azərbaycanın hazırkı rəhbərliyi altında.

Lukaşenko deyib ki, Qarabağ problemi sülh yoluyla həll olunmalıdır.

Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında Ermənistanın Baş naziri Nikol Paşinyana xitabən deyib. Belə ki, Ermənistanın Baş naziri KTMT üzvlərinə Azərbaycana münasibətdə öz mövqelərini müəyyənləşdirməyi təklif edib.

A.Lukaşenko daha sonra N.Paşinyana bildirib ki, qaldırdığınız ikinci sualla bağlı, deyirsiniz Ermənistanın ərazi bütövlüyünü bərpa etmək üçün yol xəritəsi verin:

“Hansı yol xəritəsi? Mən sizə dərhal cavab verim: İlham Əliyevlə oturun, lazım gəlsə, Rusiya Prezidentindən xahiş edin, qərar verin. Bu gün qərar verməsəniz, daha pis olacaq”.

“Məsələ çox həssas və kövrəkdir. Məsələ sadəcə bir tərəfdən KTMT-nin, digər tərəfdən isə Azərbaycanın olması deyil. Bunlar bizim iki dost ölkəmizdir. Bəli, onlar həqiqətən bir dövlətdə idilər. Amma bundan da çox, biz MDB-nin üzvüyük. Azərbaycan və Ermənistanla birlikdə. Bizə yaxın olan pravoslav Ermənistanla və bizə çox yaxın olan müsəlman Azərbaycan dövləti ilə çox sıx əlaqələrimiz var. Bu, KTMT-nin digər üzvləri, o cümlədən 30 milyon müsəlmanın olduğu Rusiya üçün xüsusilə həssasdır. Yəni bütün nüanslar, bütün amillər nəzərə alınmalıdır”, – Lukaşenko belə deyib.

Belarus lideri bildirib ki, Azərbaycan KTMT-də heç kimə düşmən deyil:

“Məgər Azərbaycan burada olan dövlət və dövlət başçılarına hansısa düşmən və ya rəqibdir? Yox. Prezident Putinin dediyini təsdiq edirəm ki, həm Ermənistan, həm də Azərbaycan bizim doğma dövlətlərimizdir. Vəziyyətin özəlliyi də budur. Biz bunu gözardı edə bilmərik. Ona görə də bir tərəfdən KTMT-də “Bizimləsiniz, ya yox?” sualını qaldırmaq, digər tərəfdən isə Azərbaycan – olmaz”.

 

Leave A Reply