
Rasilə Arifqızı Lənkəranda uşaq evinin müdiri vəzifəsinə təyinat alıb. O, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısının sabiq müavinidir.
Keçən il R.Arifqızına qarşı Lənkəran rayon prokurorluğunda cinayət işi açılıb. O, Lənkəran şəhər 4 nömrəli məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə ittiham edilib.
Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham irəli sürülüb. R.Arifqızı bundan sonra vəzifəsindən azad edilib.
Məhkəmə ona 4 min manat cərimə cəzası təyin edib.