Hökumətin nəzarətində olan xəbər saytları Qənirə Paşayevanın ölüm xəbərini paylaşıblar.

Daha sonra xəbərlər silinib. Qənirə Paşayevanın qohumları deyirlər ki, deputat sağdır və müalicəsini davam etdirir.

Qeyd edək ki, sentyabrın 23-ü Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Q.Paşayeva üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub.

Həkimlər Q.Paşayevanın xəstəxana şəraitində müalicəsini məsləhət görüb. Deputat ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən Mərkəzi Klinikaya təxliyə olunub.

O, süni tənəffüs aparatına qoşulub.

Leave A Reply