Metroda gediş haqqı yenidən artırıla bilər.

Bu barədə Metropoliten rəhbərinin müavini Hidayət Məmmədov məlumat verib:

“Bir sərnişinin daşınmasının “maya dəyəri” 2022-ci ildə 68 qəpik olub. Bu, metropolitenin xərclərini ödəməyə bəs etmir”.

O, xərclərin çox olmasına səbəb olaraq deyib ki, “metro üçün məhsullar, avadanlıq, qurğu və sistemlər əsasən ölkə xaricində istehsal olunur”.

Leave A Reply