Müharibə əleyhinə etirazçılar ABŞ dövlət katibi Antoni Blinkenin arxasında “qanlı” əllərini qaldırıblar.
Foto: Dövlət katibi Antoni Blinken
Onlar senatda müzakirə olunan ABŞ-ın İsrailə maliyyə dəstəyi ayırmasına etiraz edərək, dinləmələr zamanı dövlət katibinin sözünü davamlı kəsiblər.
Etirazçılar İsrailin Qəzzada apardığı müharibəni “soyqırım” adlandıraraq, ABŞ-ın İsrail dövlətinə göstərdiyi dəstləyə qarşı çıxıblar.
Etirazçılar Blinken və müdafiə naziri Ostinin İsrailin Qəzzadakı kampaniyasını dəstəklədikləri üçün sizin də “əlinizdə qan var” deyə qırmızıya boyanmış əllərini havaya qaldırıblar.