Çeçenistan rəhbəri Kadırov tapşırıq verib ki, kütləvi iğtişaşlar zamanı havaya üç dəfə xəbərdarlıq atəşi açılsın, tabe edilmədikdə dördüncü güllə etirazçının alnına vurulsun.

Kadırov bu təklifi Mahaçqalada baş verən iğtişaşlarla bağlı Rusiya DİN və Milli Qvardiyanın nümayəndələri ilə keçirdiyi iclasda səsləndirib:

“Əgər icazəsiz iğtişaşlara gedən bir nəfər də olsa, onu saxlayıb həbs edin. Yaxud havaya üç dəfə xəbərdarlıq atəşi açın və bundan sonra həmin şəxs qanuna əməl etmirsə, dördüncü gülləni alnına vurun”.

Leave A Reply