Oynamağa oyunçu tapılmadığından milli komandamıza texniki məğlubiyyət verilib.
Basketbolun 3×3 növü üzrə Qadın seriyasının Bordo mərhələsi davam edir.
İlk oyunda “Bordo”ya 9:17 hesabı ilə uduzan yığmamız İspaniya ilə görüşdə texniki məğlubiyyət alaraq turnirlə vidalaşıb.
Basketbol Federasiyasının baş katibi Vüqar Əzimov deyib ki, İspaniya ilə oyun öncəsi zədə səbəbindən komandada meydana çıxa biləcək cəmi 2 basketbolçu qalıb:
“Qaydalara əsasən, 2 nəfərlə görüşlərə çıxmaq olmaz və bu səbəbdən də millimizə texniki məğlubiyyət verilib”.
Mənbə: İdman.biz