Qırğızıstanın hüquq-mühafizə orqanları prezidentin qardaşı qızının nişanlısını saxlayıb.

Aftandil Sabırbekov prezident Sadır Japarovun qardaşın qızına FHN-in helikopterində evlilik təklifi ilə məşhurlaşmışdı.

Foto: Hamam Times



Daha sonra Ləzzət Nurkojoyeva və nişanlısının bu hərəkəti insanlar tərəfindən etirazla qarşılandı.

Prezident Japarov isə qardaşı qızının bu hərəkətinə görə xalqdan üzr istədi.

İndi də Aftandil Sabırbekova narkotik maddələrin istehsalıyla bağlı cinayət işi açılıb. O, ən az avqustun 3-dək həbsdə qalacaq.

Mənbə: 24.kg

Leave A Reply