79 yaşlı təqaüdçüyə qarşı dələduzluq edib.

Bir vaxtlar futbol üzrə Azərbaycan milli komandasının oyunçusu olmuş Abdulla Abatsiyev dələduzluq ittihamı ilə həbs edilib.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, 31 yaşlı Abdulla Abatsiyevin də yer aldığı fırıldaqçı şəbəkənin üzvləri 79 yaşlı təqaüdçüyə zəng edərək, özlərini hüquq mühafizə orqanının əməkdaşları kimi təqdim ediblər və təqaüdçünü kuryerə 14 milyon rubl (265 min 188 manat) verməyə razı salıblar.

İlkin dindirilmə prosesində pulu götürəcək kuryerin məhz Abdulla Abatsiyev olduğu məlum olub.

Abatsiyev “Sumqayıt”da və “İnter”də çıxış esib. Gənc futbolçu Azərbaycanın əsas yığmasına da cəlb olunub. Abdulla Abatsiyev 2015-ci ildə Azərbaycan vətəndaşlığından imtina etmək qərarına gəlib.

Leave A Reply