Moskvada baş verən terror aktı zamanı azərbaycanlı Vüqar Hüseynov həyat yoldaşı Lilit İsraelyanla birgə öldürülüb.

Rusiyanın Regnum agentliyi yazır ki, Vüqarla Lilitin bir yaş yarımlıq övladı var. Uşaq nənəsi və babası ilə birlikdədir.

Lilit İsraelyanın ailəsi də xəbəri təsdiq edib.

İstintaq Komitəsinin məlumatına görə, terror aktı nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb. Martın 23-də Moskva vilayətinin Səhiyyə Nazirliyi “Krokus”da törədilən terror aktında həlak olan 41 nəfərin adını açıqlayıb.

Leave A Reply