Deputat Siyavuş Novruzov deyib ki, quru sərhədlərlə bağlı məsələ sadə vətəndaşları o qədər də narahat etmir.

“Quru sərhədlərin açılmasını ciddi cəhdlə ortaya atan insanların, yaxud buna çağırış edənlərin bu və ya digər şəkildə narkoticarətlə bağlılıqları ola bilər.

Ciddi şəkildə araşdırsaq, görərik ki, mənbəyi buna gedib çıxır.

Quru sərhədlərin açılması ilə bağlı məsələ adi vətəndaşları o qədər də narahat etmir. Şəxsən mənə olunan şikayətlərin heç birində quru sərhədlərlə bağlı məktub daxil olmayıb”, – deyə Siyavuş Novruzov əlavə edib.

Leave A Reply