Rusiyada generalın ölümündə Azərbaycan izi…
Moskvada baş verən partlayış nəticəsində Rusiya Müdafiə Nazirliyinin 59 yaşlı generalı Yaroslav Moskalik həlak olub.

O, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsində rəis müavini vəzifəsini tutub.
Yaroslav Moskalik küçədə park edilmiş “Volkswagen Golf” markalı avtomobilin yanından keçərkən partlayış baş verib, nəticədə o həlak olub.
İlkin məlumata görə, partlayan avtomobil təxminən bir il əvvəl 29 yaşlı Azərbaycan vətəndaşına satılıb.