Cəmi 55 gün qalıb: Qanuna görə isə seçki ən azı 60 gün qalmış elan olunmalıdır

Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2019-cu ilin dekabr ayının 23-də keçirilib.

Seçki Məcəlləsinə görə, bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bu müddət səsvermənin keçirildiyi gündən başlanır. Yəni ki, bu il dekabrın 23-ü bələdiyyələrin səlahiyyət müddəti bitir.

Yenə Seçki Məcəlləsinə görə, seçkilərin təyin edilməsi barədə qərar səsvermə gününə ən azı 60 gün qalmış elan olunmalıdır. Məsələn, bu qərar 2019-cu ildə seçki günündən 66 gün əvvəl – oktyabr ayının 18-də elan olunub.

Hazırda isə bələdiyyələrin səlahiyyət müddətinin başa çatmasına cəmi 55 gün qalıb.

Sizcə, bələdiyyə seçkisi Mərkəzi Seçki Komissiyasının yadından çıxıb? Buna görə Məzahir Pənahova barədə hansı tədbir görülməlidir?

Foto: Hamam Times

Leave A Reply