37 yaşlı general-mayor Fərid Əliyev Müdafiə Nazirliyinin Baş İdarəsinə rəis təyin olunub.

O, Prezident Administrasiyasında sektor müdiri Əlibaba Əliyevin oğludur.

Əlibala Əliyev bundan əvvəl Sabunçu Rayon İcra Hakimiyətinin başçısı olub.

Fərid Əliyevin özü isə əvvəllər Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

2023-cü ilin noyabrında, 36 yaşında ikən Prezident İlham Əliyevin sərəncamı ilə ona general-mayor hərbi rütbəsi verilib.

Leave A Reply