Nikol Paşinyan deyib ki, Azərbaycan hökuməti yeni eskalasiya üçün əsaslandırma yaratmağa çalışır, Yerevan o yolla getməyəcək.

Paşinyanın fikrincə, İlham Əliyevin məqsədi aydındır:

“Aqressiv bəyanatlar ona görə səsləndirilir ki, Yerevandan da aqressiv cavablar gəlsin və bu, Bakıya öz bəyanatlarını daha da sərtləşdirmək üçün imkan yaratsın. Bununla yanaşı, Ermənistan ordusunun atəşkəs rejimini pozması barədə saxta məlumatlar yayaraq regionda yeni eskalasiya üçün əsaslandırma yaradılmağa çalışılır”.

Paşinyan qeyd edib ki, Ermənistan hökuməti bu yola getməyəcək və dialoq dilindən istifadə edəcək: “Aqressiyaya yox, dialoqa üstünlük veriləcək”.

İlham Əliyev bir neçə gün əvvəl müsahibəsi zamanı Ermənistanı “vəziyyəti gərginləşdirməkdə” ittiham edirdi.

Leave A Reply