Ermənistan baş naziri Nikol Paşinyandan yeni açıqlamalar var.
Baş nazir Paşinyan hökumətin ötən il üçün proqramın icrası haqqında hesabatı təqdim edərkən Azərbaycanla münasibətdən danışıb:
“Ermənistan hökuməti Azərbaycanla sülh müqaviləsini mümkün qədər tez imzalamaq üçün əlindən gələni edəcək, lakin bu, yalnız iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıdığı təqdirdə mümkün olacaq. İndi bir daha təsdiq etmək istəyirəm ki, Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır və biz gözləyirik ki, Azərbaycan da Ermənistan SSR-in bütün ərazisini Ermənistan Respublikası ərazisi kimi tanısın”. Foto: Hamam Times