Nardaran hadisələrinin üstündən 19 il keçir.
26 noyabr 2015-ci ildə Bakının Nardaran qəsəbəsində baş vermiş qarşıdurma 5 nəfər qəsəbə sakini və 2 nəfər polis olmaqla 7 nəfərin ölümü, 4 nəfərin yaralanması və 14 nəfərin həbs olunması ilə nəticələnmişdi.
Daxili işlər Nazirliyi və Baş Prokurorluqfan verilən rəsmi açıqlamara görə, həbs edilən şəxslər Taleh Bağırov, Elman Ağayev, Zülfüqar Mikayılov və Əbülfəz Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsini planlamış, respublikada ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdırıblar. Açıqlamaya əsasən, Daxili İşlər Nazirliyinin 26 noyabrda Nardaranda keçirdiyi əməliyyat bu fəaliyyətin qarşısını almaq üçün baş tutub.
7 nəfərin ölümü və həbslərdən sonra Nardaranlılar etiraz aksiyaları keçirib, qəsəbənin girişlərində barrikadalar qurub və yaşayış məntəqəsinə giriş-çıxışı bağlayıbdılar. Barrikadalar 3 gün sonra Nardaran Ağsaqqallar Şurasının qərarı ilə qaldırılsa da, DİN, MTN və Baş Prokurorluq birgə əməliyyat keçirərək Nardarana daxil olublar. Bu əməliyyat nəticəsində Nardaranda dini simvollar yığışdırılıb, illər sonra güc strukturları yenidən qəsəbədə nəzarəti əla alıb. Rəsmi açıqlamaya görə, əməliyyat çərçivəsində bəzi evlərdən silah-sursat aşkar edilərək götürülüb və daha 19 nəfər həbs olunub.
Müsəlman Birliyinin üzvü Ağəli Yəhyayevin həyat yoldaşı Şahanə Həsənova deyir ki, noyabrın 5-i 2015-ci ildə onlar evdə oturarkən telefona zəng gəlib və Elçin Qasımovun məsciddən qayıdarkən polis tərəfindən saxlanıldığını bildiriblər. Sabunçu rayon polis bölməsinə məlumat almağa gedən Ağəli Yəhyayev də polis tərəfindən zorakılıqla saxlanılıb. Şahanə Həsənovanın sözlərinə görə, polis bölməsində Ağəli Yəhyayevə işgəncələr edilib, toka belə verilib.
Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə deyir ki, 5 noyabrda Elçin Qasımovun həbsindən sonra polis bölməsinə gedən bir neçə dindar həbs edilmişdi. O bildirib ki, Taleh Bağırov Müsəlman Birliyinin ofisinə problem yaranmasın deyə bundan sonra Nardarandan qəsəbəsindən çıxmamağa çalışırdı. Leyla İsmayılzadə deyir ki, Nardaranda atışma və ölüm xəbərini eşidəndə rayona yola çıxmağa hazırlaşırmış. Onun Taleh Bağırov ilə son əlaqəsi cəmi 20-30 dəqiqə əvvəl olub.
Leyla İsmayılzadə deyir ki, ilk olaraq Sarvan Səfərovun ölümü barədə eşidib, daha sonra isə digərlərinin, Əkbər Babayevin, Abbas Hüseynin, Rəfael və Fərahim Bünyadov qardaşlarının və iki nəfər polis əməkdaşının. O bu günü dəhşətli bir günü kimi xatırlayır.
İsmayılzadənin bildirib ki, Bandotdelə saxlanılarkən Taleh Bağırova işgəncələr olub. Onun sözlərinin görə, Taleh Bağırovdan tələb olunub ki, boynuna alsın ki, Nardaran hadisələrini Əli Kərimli ilə birlikdə planlayıb. Bağırov bunu qəbul etməyəcəyini dediyinə görə saatlarla işgəncə görüb.
Şahanə Həsənovanın sözlərinə görə həmin vaxtı həbsdə olan həyat yoldaşı Ağəli Yəhyayev deyir ki, Nardaran hadisəsindən xəbərləri olmasın deyə onların qaldığı kamerada həmin gün işıq verilməyib. Növbəti məhkəməyə çıxarılan Ağəli Yəhyayev bildirib ki, onları çox yüksək nəzarətdə, terakt törətmiş biri kimi aparıblar məhkəməyə. Şərti olaraq “Nardaran-2” adlanacaq cinayət işi əvvəlcə 2 cinayət maddəsi ilə aparılsa da, daha sonra isə 12 cinayət maddəsi əlavə olunub. Məhkəmə Ağəli Yəhyayevə 15 il həbs cəzası verib.
Şahanə Həsənova deyir ki, bu əməliyyat Müsəlman Birliyi hərəkatı və Nardaranı birlikdə vurmaq üçün qurulmuş bir plan idi. Leyla İsmayılzadə bunu təsdiqləyir, o deyir ki, Nardaranı bu formada vurmaq planı çoxdan var idi və görünən odur ki, bu plan baş tutdu:
“Əvvəl orda polis bölməsi yox idi, prezidentin, atasının şəkli yox idi, indi polis bölməsi də var, indi yollar asfaltlanıb, işığı var, qazı var, indi də SeaBreeze-i gətirib ora salıblar. Nardaranda deyirlər ki, qəsəbə ikiyə bölünüb, işıqlı tərəf və qaranlıq tərəf. İşıqlı tərəf SeaBreeze sayılır, qaranlıq tərəf isə camaatın yaşadığı yer. Hadisələrdən indiyə qədər orada postlar var, hələ də Nardarana giriş-çıxış asan deyil. Şəhid ailələrindən birinin qızı demişdi ki, Nardarana asfaltın, işığı çəkilməsi üçün bizim atamızın qanımı lazım idi?”
Leyla İsmayılzadə deyir ki, SeaBreeze-in tikilməsi üçün alınan torpaqların bir çoxu hədə-qorxu ilə alınıb. Onun sözlərinə görə, çox insan torpağını satmaq istəməyib, məcbur etmək üçün satmayanlara müxtəlif təzyiqlər tətbiq ediblər, oğlunu saxlayıblar, ərini aparıblar polis bölməsinə, orada hədə-qorxu gələrək çox ucuz qiymətə alıblar. O deyir ki, Nardaranda açılan polis bölməsi bu fəaliyyəti ilə də özünü göstərib.
Nardaran işində həbs edilənlər isə bunlardır: Taleh Bağırov, Əbülfəz Bünyadov, Rasim Bünyadov, Abbas Tağızadə, Abbas Quliyev, Cabbar Əmiraslanoğlu, Rasim Mirzəbalaoğlu, Kərbəlayı Etibar (Bilgəh sakini), Bəhruz Quliyev, Cihad Balahüseynoğlu, Əlibaba Vəliyev, İbrahim (soyadı dəqiqləşdirilməyib), Şahin Əbdüləliyev (Müşfiqabad qəsəbə sakini), Əli Nuriyev.
Faktla bağlı Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb və saxlanılan həmin 14 nəfərə qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaş), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 283 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.