

Putin siyasətçi Navalnıya işgəncə verməkdə adı keçən penitensiar xidmət rəsmisinin rütbəsini qaldırıb.
O, bu barədə fevralın 19-u, Navalnının həbsxanada ölümündən 3 gün sonra sərəncam imzalayıb.
Bu sərəncamla Rusiya Cəzaların İcrası Federal Xidmətinin (CİFX) daxili xidmət üzrə direktor müavini Valeri Boyarinov general polkovnik rütbəsi alıb.
General Boyarinovın adı Navalnının məhkəmələrində, onun həbsxanada yeməklərinə məhdudiyyət qoyması tapşırıqlarına görə hallanırdı.