Naxçıvandan yenə şikayət var
“Ağacların üstündəki qarışqaları təmizləyin” deyə əmr verən Naxçıvan Mədəniyyət Nazirliyinin aparat rəhbəri Vəli Səfərov yenə qəribə qərar verib.
Naxçıvandan bizə yazan tar müəllimi Orxan Yakublu haqsız yerə işdən çıxarıldığını deyir:
“Mən Real Madrid azarkeşi olduğuma görə Naxçıvan MR Mədəniyyət Nazirliyinin aparat rəhbəri Vəli Səfərov tərəfindən işdən azad edildim. Gülməli səslənir, amma ağlamalı vəziyyətdəyik.
12 ildir Mədəniyyət Şöbəsində Tar ixtisası üzrə müəllim işləyirəm. Srağagün Nazirliyin qabağında Vəli Səfərov və bəzi müavinlər futboldan söhbət edirdilər. Zarafat üçün dedim ki, Vəli müəllim, bütün komandalar Realın yanında heç nədir.
Bu sözümə görə Vəli Səfərov xəbər göndərib ki, ərizəsini yazsın”.