Naxçıvan şəhər sakini şikayət üçün getdiyi yerli qaz idarəsində döyülərək, ağır xəsarətlər alıb.
Hadisəni törədən isə qaz idarəsinin şöbə müdiri Taran Vəlizadə olub.
Bununla bağlı xəsarət alan Uğur Dostalıyevin həyat yoldaşı Samirə Dostalıyeva məlumat verib.
O bildirir ki, həyat yoldaşı idarəyə onları narahat edən məsələni araşdırmaq üçün gedib:
“Bir neçə gündür, idarə işçiləri tez-tez evimizə gəlib, bizi nahaq yerə narahat edirdilər. Dünən ərim dedi ki, gedək, idarədə danışaq, mədəni şəkildə həll edək məsələni. Getdik, mən katibənin yanında oturdum, o isə müdirin kabinetinə girdi.
Az keçməmiş içəridən qışqırıq, söyüş səsləri gəldi. Müdir Taran Vəlizadə yoldaşımı təhqir edirdi. Qapı açılanda gördüm ki, yoldaşım döyülüb. Daha sonra onu sürüyüb idarənin həyətinə apardılar. Müdir onu orda da vurmağa davam etdi. Yoldaşım qan içində idi, məni isə yaxına buraxmadılar. Müdir onu döyüb, burnunu qırıb, gözünün altını yaralayıb, qabırğalarını əzib. Hazıra evdə yatır, hərəkət edə bilmir”.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Növbəti yazı F1 üzrə Azərbaycan Qran-Prisi başa çatıb