İyunun 27-də Cavanşir Nuriyev iqtisadiyyat naziri Mikayıl Cabbarovun əmrilə Dövlət Vergi Xidmətinin aparat rəhbəri təyin edilib.

O, Ədliyyə nazirinin müavini Eldar Nuriyevin oğludur.

Eldar Nuriyevin digər övladları Orxan və Nigar da dövlət orqanlarında yüksək mövqe tutur.

40 yaşlı Orxan Nuriyev hazırda Dövlət Gömrük Komitəsində Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi vəzifəsində çalışır.

Eldar Nuriyevin digər övladı, 35 yaşlı Nigar Nuriyeva isə Qida Təhlükəsizlik Agentliyinin (AQTA) Strateji Təhlil və Planlaşdırma Sektorunun müdiri vəzifəsində çalışır.

Mənbə: AbzasMedia

Leave A Reply