Deyəsən nazirlər də iki yerdə işləyir.
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yaradılan “koronavirusinfo.az” rəsmi saytı “kazino”ya çevrilib.

2020-ci ildə yaradılan və gündəlik olaraq koronavirusla bağlı operativ məlumatlar təqdim edən vebsayta daxil olanda istifadəçilər onlayn kazino oyunu ilə rastlaşırlar.
Ölkədə koronavirusla bağlı xüsusi karantin rejimi hələ də davam etdiyi halda sayt niyə kazinoya çevrilib?